Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Bizim.Media-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Litvanın paytaxtı Vilnüsda yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.
Qeyd edilib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.
Bizim.Media