Karyerasını bitirən ispaniyalı qapıçı Pepe Reyna məşqçiliyə başlayıb.
Bizim.Media xəbər verir ki, 42 yaşlı keçmiş qolkiper yeni mövsümdə “Vilyarreal”ın U-19 komandasına rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Reyna 2002-2005 və 2022-2024-cü illərdə “Vilyarreal”da çıxış edib. İspaniya millisinin sabiq üzvü "Barselona", "Liverpul", "Napoli", "Latsio", "Milan" və "Bavariya"da da oynayıb.
Bizim.Media