Braziliya millisinin sabiq üzvü Vaqner Lavın yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu Braziliyanın 3-cü liqasından "Retro" klubuna keçib.
Bu barədə Lavın meneceri Evandro Ferreyra öz açıqlamasında bildirib. O, qeyd edib ki, tərəflər arasında müqavilə 1 illikdir.
Xatırladaq ki, Vaqner Lavın son klubu Braziliya B seriyasından "Avai" olub.
Bizim.Media