“Zirə” klubu heyəti gücləndirmək üçün işləri davam etdirir.
Bizim.Media xəbər verir ki, klub yeni transferlərdən əlavə heyətindəki bəzi oyunçularla müqaviləni artırmaq fikrindədir.
Həmin futbolçulardan biri də İsmayıl İbrahimlidir. Müqavilə ilə “Qarabağ”a məxsus olsa da, İbrahimli artıq 2 ildir ki, “Zirə”nin şərəfini qoruyur. Yarımmüdafiəçinin “Qarabağ”ı tərk edərək “Zirə” ilə 2 illki yeni müqavilə bağlayacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media