"Barselona"nın çalışdırıcısı Hans-Diter Flik La Liqada 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssis səsvermədə Xose Bordalas (“Xetafe”), Manolo (“Espanyol”), Manuel Pelleqrini (“Betis”), Mişel (“Jirona”), Ernesto Valverde (“Atletik”) və Dieqo Simeoneni (“Atletiko”) qabaqlayıb.
Qeyd edək ki, Hans-Diter Flik mövsümün əvvəlində "Barselona"ya baş məşqçi təyin olunub. O, bu müddət ərzində La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub.
Bizim.Media