Çox gözəl və tarixi qələbə oldu. Bu yolda əməyi olan hər kəsə təşəkkür edirəm
Bizim.Media xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının qalibi olmaları barədə danışarkən deyib.
O, layiqli qələbə qazandıqlarını bildirib: "Möhtəşəm qələbə idi. Sadəcə olaraq bu hissləri yaşamaq lazımdır. Çempion olmaq qismətimizdə var imiş. Demək olar ki, bu oyunda vurduğumuz zərbələrin hamısı qolla nəticələndi. Azərbaycan xalqını təbrik edirəm".
Qeyd edək ki, Azərbaycan seçməsi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə turnirin qalibi olub.
Bizim.Media