"Barselona"nın transfer hədəfləri ilə bağlı planları bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.
Kataloniya klubu yalnız "Liverpul"un vingeri Luis Dias üçün pul xərcləməyə hazırdır. "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu isə ancaq icarə əsasında transfer etmək niyyətindədir.
Qeyd edək ki, Luis Diasın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Markus Reşford isə fevral ayından etibarən icarə əsasında "Aston Villa"da çıxış edir. Onun icarə müddəti iyunun sonuna qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media