"Bolonya" baş məşqçisi Vinçenzo İtalyano ilə yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi 47 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun komanda ilə İtaliya kubokunu qazanaraq 51 ildən sonra kluba titul gətirməyi də bu sözləşməyə təsir edib.
Xatırladaq ki, "Bolonya" İtaliya kubokunun finalında "Milan"ı 1:0 hesabı ilə məğlub edib.
Bizim.Media