“Zirə” klubu artıq indidən növbəti mövsüm üçün heyətini formalaşdırmağa başlayıb.
Bizim.Media xəbər verir, bir sıra yeni futbolçu ilə anlaşan qəsəbə təmsilçisi bəzi oyunçularla vidalaşacaq.
Həmin futbolçulardan biri də Eldar Quliyevdir. Azərbaycan əsilli ukraynalının komandanı tərk edəcəyi gözlənilir. Onun əvəzinə isə “Zirə” yeni legioner dəvət etməyi planlaşdırır.
Qeyd edək ki, Eldar Quliyev 2023-cü ilin əvvəllərindən “Zirə”də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media