AVRO-2020-nin Türkiyə - Uels oyunundakı (0:2) tamaşaçı sayı bəlli olub.
Bizim.Media UEFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionundakı matçı 19 min 762 azarkeş izləyib.
İyunun 12-də baş tutan Uels – İsveçrə matçında (1:1) isə daha az 8 min 782 tamaşaçı qeydə alınıb.
Xatırladaq ki, Bakıda qrup mərhələsinin daha bir matçı baş tutacaq. İyunun 20-də Türkiyə İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də isə 1/4 final matçı baş tutacaq.
Bizim.Media