Bu gün Bakı vaxtı ilə saat 23.00-da AVRO-2020-nin oyunları çərçivəsində Niderland-Ukrayna matçı başlayıb.
Bizim.Media xəbər verir ki, oyunun 11-ci dəqiqədə ukraynalı futbolçu Aleksandr Zubkov zədələnib. Əzələsini dartan Zubkov matçı davam etdirə bilməyib.
Macarıstan "Ferentsvaroş"undan dəvət alan 25 yaşlı oyunçunu Marlos əvəzləyib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.
Bizim.Media