“Heç vaxt qalib gəlmədiyimiz rəqiblər var”- Şenol Güneş

“Bu turnirin açılış matçında oynamaqdan qürur duyuruq. Qrupumuz çətindir. Hər komandanın fərqli xüsusiyyətləri var. Ən gənc heyətlə turnirə qatılan komandamızı təbrik edirəm”.

Bizim.media xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Avro-2020”nin açılış matçında sabah İtaliya ilə qarşılaşacaqları görüş haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında sabahkı matçdan və komandasının turnirdəki hədəfindən söz açıb:

"Niderlandda İtaliyaya məğlub olduq. Heç vaxt qalib gəlmədiyimiz rəqiblər var. İlk qələbəni dadmaq bizim üçün şərəf olacaq. Mançini Türkiyəni yaxşı tanıyır, “Qalatasaray”da çalışıb. Turnirə favorit kimi gəlməmişik, ancaq favoritlər sırasında ola bilərik.

Çətinliklərimiz də var, üstünlüklərimiz də. Rəqibin gücünü bilirik. Təcrübəli oyunçuları var. Çox güclüdürlər. İtaliyanın dünya arenasındakı yerini bilirik. Onlarda bir futbol mədəniyyəti var. Biz də futbolu sevirik. Texniki və taktiki olaraq sabahkı matç çətin olacaq. Matç bitəndə qazandığımız xalların sevincini yaşamaq istəyirəm.

Bu, mənim üçün, komandam və ölkəm üçün vacib bir oyundur. Hər kəs üçün vacibdir. İtaliyanın qalib gəldiyi qarşılaşmalara baxanda nə qədər intizamlı olduqlarını görürük. Diqqətimizi bir anlığa itirəndə rəqib bundan istifadə edə bilər. Futbolumuzla iz buraxmaq istəyirik. Bu turnirdə əvvəllər etmədiyimizi etməliyik”.

Şenol Günəş çempionatda iki oyunlarını Bakıda keçirmələrinin onlar üçün hansı üstünlük olacağından danışmağa artıq gərək olmadığını qeyd edib:

“Azərbaycan haqqında danışmağa ehtiyac yoxdur. Orada ev sahibiyik. İndi səfərdə olduğumuzu hiss edirik. Azərbaycana gedəndə isə qarşılaşdığımız komandalar özlərini rəqib meydanında hiss edəcəklər. Sabah bu günə qədər xəyal etdiklərimizi həyata keçirməyə çalışacağıq. Gözəl bir açılış olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır”.

Qeyd edək ki, sabah Romada keçiriləcək Türkiyə - İtaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Müharibə daha tez bitəcək - Tramp

Müharibə daha tez bitəcək - Tramp

End of content

No more pages to load

RADİO