“Şamaxı” klubunun qapıçısı Rikardo Fernandeş xarici klubların maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, konkret olaraq Kiprin “Karmiotiss” klubu qolkiperi heyətinə qatmaq istəyir. Hətta ada klubu yay transfer dövründə portuqaliyalı qolkiperin transferini prioritet olaraq görür.
Qeyd edək ki, “Şamaxı” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Fernandeşə “Turan Tovuz” da maraq göstərir. “Şamaxı” isə gələn təkliflərə baxmayaraq futbolçunu buraxmaq fikrində deyil. Bölgə təmsilçisi onunla müqaviləni uzatmaq məqsədi ilə artıq danışıqlara başlayıb.
Bizim.Media