Albaniya Superliqasında 32-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Bylis"in qonağı olub.
Qarşılaşma "Eqtaniya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev matça start heyətində başlayıb və sona qədər meydanda qalıb. O, görüşün 66-cı dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra xallarını 58-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir. İkinci yerdə olan Tirana "Dinamo"sunun 54 xalı var.
Bizim.Media