Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb. Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib.
Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı və mövqeyi dəyişməz qalıb. Beş pillə geriləyən “Neftçi” 19 xalla 259-cudur.
4 xal az toplayan “Sabah” 278-ci pilləni qoruyub. 6 addım irəliləyən “Zirə” 14 xalla 280-cidir.
Qeyd edək ki, siyahıya 2632 xala malik “Real” başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media