Aleks Souza “Turan Tovuz”da qalacaq. Bölgə klubu əsas hücumçusunu komandada saxlamağa qərar verib.
Bizim.Media xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq braziliyalı ilə anlaşmanın müddətinin uzadılması barədə ilkin danışıq olub.
Tərəflər əməkdşlığın davam etdirilməsini razılaşdırıb. Yəqin ki, teziklə yen müqavilənin imzalanması rəsmiləşəcək. 24 yaşlı forvard ötən ilin yanvarında ölkəmizə gəlib. O, Litvanın “Hegelmann” komandasından heyətə azad agent kimi cəlb olunmuşdu.
Heyəti qorumağın qayğısına indidən qalan tovuzular hazırda Alexandro Serrano ilə də danışıqlar aparır. İspan yarımmüdafiəçinin ölkəmizdə bir neçə müştərisi var.
Lakin 30 yaşlı oyunçu tələbləri qarşılanacağı halda elə “Turan Tovuz”da qalmaq istəyir. İllik 150 min dollar maaş tələbi komanda avrokuboka vəsiqə qazanacağı halda müsbət cavablanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media