Ukraynalı boksçu Tatyana Kob Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsini yaxşı istirahətlə unutmağa çalışır.
Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, Avropa çempionatlarının üçqat mükafatçısı qitə Olimpiya təsnifat turnirində ikinci mərhələsində uduzaraq Yaponiya yollanmaq şansını itirib.
33 yaşlı idmançı Tokio əvəzinə su anbarının kənarına gedərək, çimərlik geyimində pozlar verib. Tatyana Olimpiadada iştirak etməsə də, gözəlliyi ilə öyünə bildiyini göstərib.
Kob Avropa çempionatlarının tam dəstinə sahibdir. O, 2009-da qızıl, 2016-da gümüş, 2019-da bürüncə yiyələnib.
Bizim.Media

