"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Turin klubundan ayrılmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, portuqaliyalı oyunçu müxtəlif karyera seçimlərini araşdırır. Lakin 36 yaşlı futbolçu son qərarı Avro-2020 başa çatdıqdan sonra verəcək.
Ronaldonun maraq dairəsində olan klublar sırasında "Real", "Mançester Yunayted" və PSJ var.
Qeyd edək ki, Kriştianonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.(qol.az)
Bizim.Media