“Tokio Olimpiadasını təxirə salın!” - Sponsorlardan ÇAĞIRIŞ

Tokio Yay Olimpiya Oyunlarının ən böyük sponsorları Təşkilat Komitəsinə müraciət edərək, daha çox tamaşaçının iştirak etməsinə şərait yaratmaq üçün nəhəng idman tədbirini bir neçə ay təxirə salmağı xahiş ediblər.

Bizim.Media “Financial Times” nəşrinə istinadla xəbər verir ki, təklif bir neçə həftə öncə, Oyunları dəstəkləmək üçün 3 milyard dollardan artıq vəsait ödəmiş 47 iri yapon şirkətinin kollektiv qərarı əsasında edilib.

Bu, indiyə qədər tarixdə bir idman tədbirinə rekord məbləğdə sponsorluq yatırımıdır. Müraciətin iyulun 27-də açılışı planlaşdırılan Olimpiadanın qrafikinə təsiri ehtimalı az olsa da, yapon şirkətləri israrlıdır.

“Hesab edirik ki, təklifimiz kifayət qədər məntiqlidir. Çünki sentyabr-oktyabra qədər daha çox insan peyvənd olunacaq, hava nisbətən sərinləşəcək və tamaşaçıların kütləvi şəkildə tədbirə buraxılması mümkün olacaq” - sponsorlardan birinin nümayəndəsi bildirib.

Hazırda Yaponiyada koronavirus peyvəndinin ən azı bir dozası vurulmuş şəxslərin sayı 14 milyon nəfəri keçib ki, bu da ölkə əhalisinin cəmi 11%-i deməkdir. Son rəy sorğuları yaponların 80%-dən çoxunun Olimpiya Oyunlarını təxirə salmaq və ya ümumiyyətlə ləğv etmək tərəfdarı olduğunu göstərir.

Hələ aprel ayında Yaponiya Olimpiya Komitəsi sponsorlara tamaşaçıların yarışları izləməyə buraxılmayacağını və son ana qədər bu qərarda dəyşikliyin qeyri-müəyyən olduğunu bildirmişdi. Açıqlama aralarında Yaponiyanın ən iri bankları və sənaye nəhənglərinin olduğu və qlobal idman tədbirindən xüsusi korporativ reklam və marketinq kampaniyaları üçün istifadəni hədəfləmiş sponsorları məyus etmişdi.

Yapon maliyyə nəhəngi SoftBankın təsisçisi Masayoşi Son, Rakuten elektron ticarət qrupunun baş direktoru Hiroşi Mikitani və Toyotanın rəhbəri Akio Toyoda  Oyunların hazırkı şəraitdə keçirilməsinin ən böyük əleyhdarları arasındadır.

“Hazırkı vəziyyət böhranın təcili idarə edilməsini tələb edir. Bircə onu bilirəm ki, biz hələ də qorxu və narazılıq dövrünün tam ortasındayıq” -  Toyoda bildirib.

Yaponiya Olimpiya Komitəsi hələlik heç bir şərh verməyib. (marja.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

End of content

No more pages to load

RADİO