İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi Kataloniya klubunda oynamağa davam edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “El Confidencial” nəşri yazıb.
Argentinalı hücumçunun yaxın gələcəkdə hazırkı müqaviləsini 2 il uzadacağı gözlənilir. Mövcud müqavilə bu ilin 30 iyun tarixinədəkdir.
Bu günlərdə Messi Argentina yığmasının tərkibində Çili və Kolumbiya yığmalarına qarşı Dünya Kubokunun seçmə oyunlarına hazırlaşır.
Bizim.Media