“Vilyarreal” ilk dəfə Avropa Liqasının qalibi oldu - VİDEO

Mayın 27-də futbol üzrə Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə hesabı ispanlar açıb.

Matçın 29-cu dəqiqəsində Daniel Parexonun cərimə meydançasına ötürməsindən sonra topa hamıdan tez yetişən Jerard Moreno komandasını hesabda önə çıxardıb.

Buraxılan qoldan sonra irəli atılan Mançester təmsilçisi rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlə yaradıb. Buna baxmayaraq birinci hissə “Vilyarreal” klubunun minimal hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hücumların kəsərin artıran "Mançester Yunayted" komandası oyunun 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Edison Kavani rəqibin müdafiəsində yaranmış boşluqdan istifadə edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Oyunda qalibi müəyyən etmək üçün 30 dəqiqədən ibarət əlavə vaxt oynanılıb və hesab bu yenə dəyişilməyib.

Beləliklə də oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olunub.

Penalti seriyalarında daha üstün olan (11:10) “Vilyarreal” komandasının oyunçuları UEFA Avropa Liqasının qalibi olub. Beləliklə, klub tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərində qaldırıb.

Qeyd edək ki, “Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayıb.

Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub.

Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.

Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021-2022-ci il mövsümündə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

End of content

No more pages to load

RADİO