Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
“Noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmamızın Millətlər Liqası çərçivəsində keçirəcəyi son oyunlar üçün heyəti açıqlanacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, millimiz noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə görüşəcək.
Bizim.Media