Azərbaycanlı cüdoçu ABŞ çempionu oldu

Azərbaycanlı cüdoçu Zaur Cəlil Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.Cəlil ştatlararası və beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil etdiyini söyləyib:

“Qalib kimi çıxdığım bütün kürsülərdə Azərbaycan bayrağı mənimlə olub. Azərbaycanlı olmaq sərhəd tanımır və həmişə fəxr etmişəm ki, ölkəmi uzaq Amerikada layiqincə təmsil edirəm. Hətta, qatıldığım bir çox yarışda mənfur düşmənlərimizi təmsil edən idmançılar üzərində qazandığım qələbə mənim üçün ikiqat uğur olub. 2007-ci ildə ABŞ-ın Kaliforniya ştatında keçirilmiş cüdo çempionatında erməni idmançını məğlub etdim və onun finala çıxmasına imkan vermədim”.
 

MÖVZU İLƏ BAĞLI:

Kazanda daha 4 cüdoçumuz mübarizəyə başlayır – Hələlik medalımız yoxdur


35 yaşlı idmançı hədəflərinin böyük olduğunu və artıq növbəti beynəlxaq yarışa hazırlaşdığını əlavə edib.

500-dən çox tatami ustasının iştirak etdiyi yarışda Cəlil birincilik kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. O, ABŞ-da cüdo yarışlarına qatılan yeganə azərbaycanlı olaraq öz çəkisində üçüncü dəfə ABŞ çempionu olub.

Açıqlama verən Cəlil 2006-cı ildə ABŞ-a gəldiyini və Minnesota ştatının Minneapolis şəhərində yaşadığını bildirib. O, iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunduğunu xatırladıb:
 

“Sumqayıt şəhərində anadan olmuşam, 6 yaşından cüdonu öyrənməyə başlamışam. Sonralar qaydasız döyüş və güləşlə də məşğul oldum. Azərbaycanda şəhər və respublika cempionatlarına qatılmışam və bir çox mükafatım var.


ABŞ-a gəldikdən sonra isə Nyu-York şəhərində keçirilən cüdo yarışına qatıldım və 60 kq çəkidə ştat çempionu oldum. Daha sonra Roçester şəhərində yüksək nəticə göstərərək ilk qızıl medalımı qazandım

Yaşadığım Minnesota ştatının ardıcıl olaraq 14 dəfə ştat çempionu adını qazanmışam və ABŞ-da keçirilən qaydasız döyüş üzrə bir çox beynəlxalq yarışda birincilik əldə etmişəm”.(Report)

Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

End of content

No more pages to load

RADİO