Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Napoli"dən Viktor Osimheni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı forvard 2024/2025 mövsümünü "Qalatasaray"ın heyətində keçirəcək.
Klublar arasında əldə olunan anlaşmada satınalma bəndi yer almayıb. "Sarı-qırmızılar" 25 yaşlı hücumçuya 6 milyon avro maaş verəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media