Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizədə məğlub olub.
Bizim.Media xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizim.Media