Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki ilk oyununu keçirir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır.
Bu komandaların ilk oyununa saat 20.00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda start verilib.
Matçı Baş hakim Urs Schnyder idarə edir.
Bizim.Media