Azərbaycan triatlonçusu: Təhlükəsizliyimizlə maraqlansaydılar, Sena çayında yarış planlaşdırmazdılar

Dünya triatlonu bizim təhlükəsizliyimizlə həqiqətən maraqlansaydı, Sena çayında yarış planlaşdırmazdılar.

Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında Paris-2024-də mübarizə aparan Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışların keçirilməsi ərəfəsində Sena çayında yaranan problemlərlə bağlı açıqlamasında deyib.

İdmançı Sena çayı ilə bağlı problemlərin bütün idmançılarda stress yaratdığını bildirib:

“Parisdə yağan leysan yağışlarla birlikdə bütün pis şeylərin Sena çayına axması səbəbindən start ərəfəsində iki məşqimiz ləğv edildi. Triatlonçular yarış başlamazdan əvvəl suyun normal vəziyyətə düşəcəyini gözləyirdilər. Lakin yarış günü səhər saat 4-də öyrəndik ki, başlama vaxtı növbəti günə təxirə salınıb. Onların hadisə ilə bağlı 8 ssenarisi var idi və biz, sadəcə, başlamağı gözləyirdik. Fikrim odur ki, ilk növbədə yarışı Sena çayında keçirməyə ehtiyac yox idi. Xüsusilə də bir il əvvəl nümayiş xarakterli yarışlar zamanı üzgüçülüyün ləğvi ilə bağlı presedent artıq var idi və təşkilatçılar müxtəlif ssenarilər düşünməyə başlamışdılar. Onlar yarışı Parisin ən gözəl yerlərindən birində keçirməyə çalışırdılar, lakin təəssüf ki, idmançıların fikirlərinə əhəmiyyət verən olmadı. Yarışların təxirə salınması, məsafə ilə bağlı qeyri-müəyyənlik, triatlon, yoxsa duatlon olacaq - bunlar bütün idmançılarda böyük stress yaratmışdı”.

37 yaşlı triatlonçu qusmalarla bağlı vəziyyətin nədən qaynaqlandığını izah edib:

“Finiş xəttində qusma müşahidə olunan idmançılara gəlincə, bu, onların bəzilərinin həddindən artıq yüklənməyə və istiliyə qarşı olduqca tipik reaksiyasıdır. Bildiyimə görə, Belçikadan olan bir qız idmançı zəhərlənmə səbəbindən 4 gün xəstəxanada qalıb”.

R.Pevtsov səhhəti ilə bağlı son durumu da nəzərə çatdırıb:

“Startdan sonra özümü yaxşı hiss etdim, ikinci dövrədə velosipedin təkərinin deşilməsi səbəbindən yüksək yerlər uğrunda bütün şansların itirilməsi məni əsəbiləşdirdi. Amma bu Senadakı pis su ilə əlaqəli deyil. Hazırda bir az xəstəyəm, amma bunda pis suyun “günahkar”

olduğunu düşünmürəm”.Qeyd edək ki, R.Pevtsov iştirak etdiyi yarışda ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə başa vurmaqla 43-cü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl yenidən BAHALAŞDI

Qızıl yenidən BAHALAŞDI

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

End of content

No more pages to load

RADİO