Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.
Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media