Yaponiya hökuməti iki azərbaycanlıya orden verdi

Yaponiya hökuməti azərbaycanlı iki məşqçinin “2021-ci il Xarici vətəndaşlar üçün Orden Yaz kateqoriyası” üzrə ordenlə təltif olunmasını qərara alıb.

Yaponiya Respublikasının Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunlar "Kanokan-TT" Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və paracüdo üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəblidir. 

Həsənov və Rəcəbliyə "Gümüş Şüalı Gündoğar Ordeni"(The Order of the Rising Sun, Silver Rays)təqdim ediləcək.

Xarici vətəndaşlar üçün Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş əcnəbilərə Əlahəzrət İmperatorun adından təqdim olunur. Bu, 2016-cı il “Payız kateqoriyası” üzrə “Geniş lentli Gündoğar Ordeni” (Grand Cordon of the Order of the Rising Sun)ilə təltif olunan sabiq Baş nazirin müavini Abid Şərifovdan sonra növbəti ordenlərdir.

Qarşıda Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif olunmaları və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Tərlan Həsənov Azərbaycanın ilk cüdoçularından biri kimi 1972-ci ildən Azərbaycanda cüdo üzrə məşqçi kimi çalışıb, 100-dən çox olimpiyaçı da daxil olmaqla, çoxsaylı istedadlı cüdoçu, 3 beynəlxalq dərəcəli cüdo hakimi, çoxsaylı cüdo məşqçiləri yetişdirib.

Əhməddin Rəcəbli Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərərək, cüdo məşqçisi kimi 500-dən çox cüdoçu yetişdirib.

Paracüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol oynayıb və bununla Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük təsir göstərərək, ölkədə cüdo və paracüdonun inkişafına töhfə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO