"Barselona" "Bavariya"nın futbolçusu Jozua Kimmixlə oyunçunun transferi ilə bağlı razılığa gələ bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Bildirilib ki, Kataloniya klubu 29 yaşlı yarımmüdafiəçiyə təklif göndərsə də, almaniyalı oyunçunu maliyyə məsələləri qane etmədiyi üçün danışıqlar dayandırılıb.
"Bavariya"da Kimmix vergidən əvvəl təxminən 19,5 milyon avro qazanır, lakin "Barselona" oyunçuya o qədər pul ödəyə bilmir.
Qeyd edək ki, Kimmix 2015-ci ildən Münhen təmsilçisində oynayır.
Bizim.Media