İngiltərə millisinin sabiq üzvü Ueyn Runinin yeni iş yeri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 38 yaşlı mütəxəssis "Plimut Arqayl"a baş məşqçilik edəcək. Bu barədə klubun saytı məlumat yayıb. Runinin Çempionşip təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Runi karyerası ərzində "Derbi Kauntu" "D.C Yunayted", "Birminqem Siti" komandalarına baş məşqçilik edib.
"Plimut Arqayl" Çempionşipin cari mövsümünü 21-ci pillədə başa vurub.
Bizim.Media