İngiltərə Çempionşipdə mövsümü 7-ci pillədə başa vuran və Premyer Liqada iştirak şansını əldən verən "Hall Siti" baş məşqçisi Liam Roseniorla yollarını ayırıb .
Bizim.Media xəbər verir ki, bu barədə "Hull Live" məlumat yayıb.
Bildirilib ki, Liqanın son matçında səfərdə "Plimut"a 1:0 hesabı ilə uduzan "Hall Siti"nin sahibi Acun Ilıcalı oyundan sonra Roseniorla danışıb. Bu gün 39 yaşlı mütəxəssislə növbəti dəfə görüşülüb və yollar ayrılıb.
2024/2025 mövsümünə hazırlıq üçün İngiltərə təmsilçisində yeni baş məşqçinin ən qısa zamanda təyin ediləcəyi gözlənilir.
Bizim.Media