“Real” yarımmüdafiəçisi Arda Güləri icarəyə verə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda İspaniyanın “Relevo” nəşri xəbər yayıb.
Mənbə bildirir ki, klub futbolçunun fiziki inkişafına baxmayaraq, türkiyəli futbolçunun getməsi ideyasını dəstəkləyir. Artıq bu yay Ardanın icarəyə göndərilə biləcəyi vurğulanıb.
Xatırladaq ki, Gülər 2023-cü ilin yayında “Real” Madridə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub.
Bizim.Media