Tarix yazan qızlarımızın DOSYESİ - FOTO

Ötən gün Azərbaycan idman tarixində ilkə imza atıldı. Honkonqda keçirilən lisenziya turnirinin finalında Polşaya qalib gələn 3x3 basketbol yığmamız ölkəmizin idman tarixində ilk dəfə Yay Olimpiya Oyunlarında komanda idman növlərində iştirakımızı rəsmiləşdirdi.

Bundan sonra isə sosial şəbəkələrdə millimizin üzvlərinin əcnəbi olması ilə bağlı çoxsaylı paylaşımlar edildi.

Bizim.Media xəbər verir ki, komandamızın üzvləri Dina Ulyanova, Alexandra Mollenhauer, Tiffani Hayes və Mersedes Uolkerin legioner olmaları müzakirələrə yol açıb.

Lakin bu oyunçulardan ikisi Azərbaycan basketbolunun yetirməsidir. Belə ki, Dina Ulyanova və Alexandra Mollenhauer Bakıda bu idman növü ilə məşğul olmağa başlayıblar.

D.Ulyanova 1990-cı ildə Bakıda doğulub. O, basketbola ilk addımlarını da məhz burada atıb. Sonradan Rusiyaya köçən xanım idmançı 2012-ci ildən “Neftçi” klubunun şərəfini qoruyur.


A.Mollenhauer vaxtilə “Qala”, NTD və “Aztop” kimi Azərbaycan klublarının şərəfini qorumuş Skott Mollenhauerin qızıdır. Onun atası karyerasını başa vurduqdan sonra da ölkəmizi tərk etməyib. Bakıda məşqçi kimi fəaliyyət göstərərək oyunçular yetişdirməyə başlayan S.Mollenhauerin qızı da 5 yaşından burada böyüyüb və basketbolun sirlərinə Azərbaycanda yiyələnib.


34 yaşlı Tiffani Hayes və 37 yaşlı Mersedes Uolker Azərbaycan vətəndaşlığı almış amerikalıdırlar. Onlar 2015-ci il Avropa Oyunlarından başlayaraq Azərbaycan millisində çıxış edirlər.

Ulyanova, Mollenhauer və Uolker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycan milli komandasında çıxış ediblər.


Komandamızın heyətində yer alan digər basketbolçu Tatyana Deniskina komandamızla iki İslamiadada qızıl medal qazanıb. Honkonqda 38 yaşlı basketbolçu ehtiyat oyunçular skamyasında otursa da, əvvəllər mütəmadi çıxış edirdi.

Deniskina 2000-ci illərin əvvəllərindən Bakıda yaşayır, azərbaycanlı cüdo məşqçisi Rüfət İsmayılovla ailə qurub. Tatyana həm də məşqçiliklə məşğul olur. Onun qızı Ancelina İsmayılova basketbol üzrə Azərbaycan milli komandasında oynayır. Maraqlıdır ki, ötən ilin noyabrında Tatyana və Ancelina Belçika və Litvaya qarşı Avropa çempionatının seçmə mərhələsinin oyunları zamanı eyni vaxtda meydanda olublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

Leandro Andrade “Qarabağ”da QALACAQ?

Leandro Andrade “Qarabağ”da QALACAQ?

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

End of content

No more pages to load

RADİO