"Neftçi"nin futbolçusu Kilan Lebon yayda komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, təcrübəli futbolçuya Qazaxıstanın “Ordabası” klubundan təklif gəlib.
Şimkent təmsilçisi yayda Lebonu heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Aleksandr Sednyovun Kilanı şəxsən sərəncamında görmək istədiyi iddia olunur.
Qeyd edək ki, “Ordabası” son mövsümün çempionudur. Qazaxıstanda “Astana” klubunda oynayan Lebon 2023-cü il yanvar ayında “Neftçi”yə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media