İngiltərənin “Everton” klubunun 2 xalı silinib.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Bu cəzaya Premyer Liqa təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Xatırladaq ki, ötən il eyni səbəbə görə Şon Dayçın komandasının 10 xalı silinmişdi. Lakin apellyasiya şikayəti verən “Everton”un 4 xalı bərpa olunmuşdu. Liverpul təmsilçisi hazırda 27 xalla 16-cı pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media