"Qarabağ"ın forvardı Redon Cica yeni mövsümə böyük ehtimalla fərqli komandada başlayacaq.
Bizim.Media xəbər verir ki, Albaniyalı hücumçunun ölkəsinə qayıtmaq ehtimalı yüksəkdir.
Keçmiş klubu “Tirana”nın icarə əsasında sabiq forvardını geri qaytaracağı gözlənilir.
Redonun xidmətində Premyer Liqa klublarımız və fərqli ölkələrin də klubları maraqlıdır. Mövsümün son oyunundan sonra albaniyalı hücumçunun mövsümə harada başlayacağı dəqiqləşəcək.
25 yaşlı hücumçu 2023-cü il yanvarın 24-də "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media