Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında “Beşiktaş” səfərdə “Başakşehir”lə qarşılaşıb.
Görüşə erkən qolla başlayan “Qara qartal” son saniyələrdə qapısında qol görməklə 3 xalı əldən verib.
“Başakşehir” - “Beşiktaş” - 1:1
Qollar: Omar Colley, 16 (0:1), Emirhan İlkhan, 90+5 (1:1)
Bu heç-heçədən sonra xallarının sayını 47-ə çatdıran "Beşiktaş” dördüncü pillədə qərarlaşıb. “Başakşehir” isə 43 xalla yeddincidir. Turnir cədvəlinə 84 xala malik “Qalatasaray” başçılıq edir. Əzəli rəqibindən 2 xal geri qalan “Fənərbaxça” ikincidir. İlk üçlüyü 52 xalla “Trabzonspor” qapayır.
Bizim.Media