Neymar yeni mövsüm üçün “Barselona”ya qayıtmaq istəyir.
Bizim.Media “sport.es”ə istinadən xəbər verir ki, braziliyalı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun rəhbərliyindən onu “Barsa”ya buraxmalarını xahiş edib.
Təcrübəli futbolçu dizindəki zədəsi sağaldıqdan sonra yeni mövsümə icarə əsasında Kataloniya klubunda oynamaq niyyətindədir.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2013-2017-ci illərdə “Barselona”nun üzvü olub.
Rəşad Rafiqoğlu, Bizim.Media