Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada günün yeganə matçı GİN-in Voleybol Mərkəzində baş tutub.
“Murov Az Terminal” çempionatın autsayderi MOİK-i sınağa çəkib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bu uğurla “Murov Az Terminal” liderlə xal fərqini 4-ə endirib.
Yüksək Liqa (kişilər)
29 mart
17:00. “Murov Az Terminal” – MOİK - 3:0 (25:18, 25:15, 25:17)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media