Qurban Qurbanov: “Çalışacağıq ki, futbolçularımızı qoruyaq”

"Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Bunu bacardılar. Həqiqətən belə uğurlar, belə çempionluqlar futbolçuları daha da peşəkarlaşdırır, məsuliyyət qazandırır. Şadam ki, bu kollektivlə yenə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, kollektivimizi təbrik edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Qurban Qurbanov deyib.

"Qarabağ"ın baş məşqçisi Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə görüşündən sonra mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb.

- Bu klubda sonrakı hədəfiniz nədir?

- Bizim işimiz elədir ki, daim uğurun getməliyik, komandanı uğura hazırlamalıyıq. Əgər biz mövsümboyu daha yaxşı olmalıyıqsa, mütləq hansısa uğur əldə etməli, onu yeniləmək üçün formul düşünməliyik. Baxmayaraq ki, bizim kimi ölkələrdə bu cür uğur nadir hallarda olur. Bəlkə də, 10 il ərzində bir dəfə yaşanır. Hətta biz bunu böyük klubların nəticələrində də şahid olmuşuq. Məsələn, bir il Çempionlar Liqasını qazanan klub, sonrakı 2-3 il ərzində onu təkrarlaya bilmir. Futbolda dəyişikliklər tez-tez olur. Ölkə çempionatına gəldikdə, nə qədər gücümüz var, onu qoruyub-saxlamağa çalışırıq. Daha da məsuliyyətli olmaq istəyirik.

Bu heyəti qorumağa çalışacaqsız?

- Bəli. Heyəti qoruyub-saxlamağa çalışırıq. Amma bu çətindir. Çalışacağıq ki, futbolçularımızı maksimum dərəcədə qoruyub-saxlayaq. Bu komandanın potensialı var. Futbolçular daha yaxşı olmaq üçün potensiala sahibdirlər. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Amma bəzən biz düşünmədiyimiz təkliflər olub. Ona görə də, bəzən futbolçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan nə varsa, maksimumu edəcəyik ki, bu kollektiv və bizə lazım olanların hamısı qalsın.

- Milli komandanın baş məşqçi postu sizə təklif olunarsa, hansı cavabı verəcəksiz?

- Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Milli komandanın baş məşqçi postu üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib. Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyi və eşitdiyimiz qədər deyəsən, baş məşqçi xarici olmalıdır.

Bəlkə də, bir ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəm.Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin "Qarabağ"da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. 

Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. Əgər o da belə hərəkət edibsə, demək ki, böyük səhv edib. 
Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, "Qurban müəllim diqqət ayırmadı".

Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. 

Futbolçuların hamısı səhv edə bilər. Sadəcə təkrarlamamaq lazımdır. Əgər belə səhvlər olubsa, bir daha eləməzlər. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

End of content

No more pages to load

RADİO