6 boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazandı

Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışda Azərbaycan millisinin daha 4 idmançısı finala vəsiqə qazanıb.

Həsən Məlikov (48 kiloqram) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) sınağa çəkib. Döyüş milli üzvünün qələbəsi ilə yekunlaşıb. O, rəqibini 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. H.Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.
57 kiloqramda Şamil Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gəlib. Görüş boksçumuzun xeyrinə bitib – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Əsgərov qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.

Əzrək Bəbirov (60 kiloqram) da adını finala yazdırıb. O, yarımfinalda özbəkistanlı Sayat İlyasovdan üstün olub – 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Ə.Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.

Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçumuz finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.

Bununla da martın 28-də baş tutacaq finallarda rinqə çıxacaq Azərbaycan boksçularının sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kiloqram) Alfonso Dominqes (92 kiloqram) də bu hüquqa yiyələnib. Onlar müvafiq olaraq, Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.

Sərxan Budaqovla (80 kiloqram) Məhəmməd Abdullayevin (+92 kiloqram) ardınca isə Malik Həsənov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kiloqram) bürünc medallarını rəsmiləşdiriblər. Onlar yarımfinalda məğlub olublar.
Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Tovuzda azyaşlını “tok” vurdu

Tovuzda azyaşlını “tok” vurdu

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

İllik 8%-dən başlayan güzəştli kredit: Biləcəri və Xırdalanda mənzil almaq istəyənlər üçün yeni imkan

End of content

No more pages to load

RADİO