“Zirə” klubu heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi “Turan Tovuz”un legioneri Roderik Millerlə maraqlanır.
Komanda növbəti mövsüm təcrübəli müdafiəçi ilə güclənmək fikrindədir.
Qeyd edək ki, bu mövsüm Tovuz klubuna keçən panamalı futbolçunun komanda ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.
Bizim.Media