İki boksçumuz beynəlxalq turnirdə bürünc medal QAZANDI

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. 

Bizim.Media xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

67 kq-da İlqar Salahov 1/4 finalda pakistanlı Muhammad Usama ilə döyüşüb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb və yarımfinala yüksəlməklə yanaşı, özü üçün azı bürünc medalı təmin edib. Salahov finala gedən yolda Mehdi Amirizafarla (İran) üz-üzə gələcək.

75 kq çəkidə 2 döyüşdə Azərbaycan dueli olub. Kamran Şahsuvarlı Novruzəli Xuduyevə (30:27, 30:27, 29:28, 30:27, 30:27), Mirşərif Kazımzadə Fərhad Şeydayevə (30:27, 30:27, 30:25, 29:28, 30:27) 5:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Özləri üçün bürünc medalı təmin edən boksçularımız növbəti qarşılaşmasında müvafiq olaraq, Saidcamşid Cafarov və Cavohir Ummataliyevlə (hər ikisi Özbəkistan) qüvvəsini sınayacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Murad Allahverdiyev isə finala yüksəlib. 86 kq-da rinqə çıxan boksçumuz Bekzat Tanqatardan (Qazaxıstan) güclü olub – 4:1 (27:30, 30:27, 30:27, 29:28, 29:28). O, həlledici görüşdə Xasmaqomed Cavatxanovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

92 kq çəkidə Alfonso Dominqes də yarımfinal döyüşündən qələbə ilə ayrılıb. Dünya çempionumuz özbəkistanlı Diyorbek Uralova 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) qalib gəlib. Dominqes qızıl medal uğrunda Toqambay Sadindiklə (Qazaxıstan) qarşılaşacaq.

Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayev (+92 kq) isə turniri bürünc medalla bitirib. Onlardan birincisi Fazliddin Erkinboyevə (Özbəkistan) məğlub olubsa, Abdullayev 1/4 finalda zədələndiyi üçün Cahongir Zokirovla (Özbəkistan) döyüşməyib.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın dördüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

End of content

No more pages to load

RADİO