“Vilyarreal”ın baş məşqçisi Marselino La Liqada mart ayının ən yaxşı məşqçisi seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
"Vilyarreal" martda İspaniya çempionatının hər üç oyununda qalib gəlib ("Qranada" 5:1, "Betis" 3:2 və "Valensiya" 1:0).
Marselino səsvermədə Xavi ("Barselona") və Karlo Ançelottini ("Real") qabaqlayıb.
Qeyd edək ki, "Vilyarreal" 29 oyundan sonra 38 xalla La Liqada 9-cu pillədə qərarlaşıb.
Bizim.Media