"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda son iki oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub. Bu oyun "Xırdalan" klubunun 89-83 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular: "Xırdalan" (Teyvion Körk- 20 xal, 5 ribaund), "Sumqayıt" (Nəzər Quliyev - 21 xal, 8 ribaund) Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər.
Bu görüşdə "Neftçi" 80-67 hesablı qələbə qazanaraq, "A" qrupunu lider tamamlayıb.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Kamran Məmmədov - 26 xal, 4 ribaund), "Xəzri" (Oubri Makalpayn - 26 xal, 5 ribaund)
Qeyd edək ki, "B" qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İNDİQO" oyunundan sonra aydınlıq gələcək.





Rəşad Rafiqoğlu, Bizim.Media