AFFA-nın baş katibi: “Heç bir məşqçi ilə danışıq aparılmır”

AFFA-nın baş katibi Sərxan Hacıyev "FİFA series - Edition 2024" turnirinin Azərbaycan - Bolqarıstan görüşündən sonra jurnalistlərə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, millimizin çıxışını dəyərləndirib: 

"İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansları var idi. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Bolqarıstanla matçda da komanda inamlı görünürdü. Həm birinci, həm də ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararlana bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq. Böyük ölçüdə xərclər FİFA tərəfindən qarşılandı. Çünki bu onların layihəsidir. Hardasa 80 faiz xərclər FİFA tərəfindən qarşılandı". 

AFFA-nın baş katibi Azərbaycan milli komandasının baş məşqçi postuna kimin təyin olunacağı ilə bağlı da fikirlərini söyləyib: 

"Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi Qrupu məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir. İşçi Qrupunun üzvləri fikir mübadiləsi aparırlar. Bu dəqiqə konkret ad olaraq, məşqçi olaraq heç kimlə danışıqlar aparılmır. İşçi Qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq". 

Sonda isə qurumun rəsmisi "FİFA series - Edition 2024" görüşlərinə görə millimizə mükafat veriləcəyini söyləyib: 

"Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq". 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

End of content

No more pages to load

RADİO