"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Elvin Yunuszadə karyerasını Birinci Liqada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, müdafiəçi "İmişli"nin formasını geyinəcək. O, artıq bölgə təmsilçisinin düşərgəsinə qoşulub.
31 yaşlı futbolçu mövsümün sonuna qədər bölgə klubunun formasını geyinəcək.
Qeyd edək ki, Yunuszadə qış "transfer pəncərəsi" zamanı Kosovonun yüksək liqasında yarışan "Fuşe Kosovo" klubuna keçməli idi. Lakin sənəd məsələlərinə görə keçid baş tutmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media