"Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Davide Ballardi təyin edilib. O, fevralda istefaya göndərilən Alessio Dionini əvəzləyib.
Mütəxəssislə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Yeni ilin əvvəlindən "Sassuolo" A Seriyasında yalnız bir qələbə qazanıb. 26 turda 20 xal toplayan komanda 18-ci pillədə qərarlaşıb.
Bizim.Media