“Sumqayıt” legionerlərindən biri ilə müqaviləni artırmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət burundili hücumçu Trezor Mossidən gedir.
Futbolçu ilə aparılan danışıqlar müsbət nəticələnib və yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir. Yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Trezor Mossi ötən ilin avqustunda Belçikanın “Vesterlo” klubundan “Sumqayıt”a transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media